
Milli Təhsil Nazirliyinin (MEB) özəl məktəblərdə apardığı yoxlamalardan sonra qaydalara zidd olduğu aşkarlanan 21 məktəbin lisenziyası ləğv edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən məktəblərlə bağlı “Özəl Təhsil Müəssisələri haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq tədbir görülüb.
Qanun pozuntuları aşkar edilən məktəblərə qarşı inzibati tədbirlərə başlanıldığı qeyd edilib.
Özəl məktəblərdə ciddi monitorinqin davam etdiriləcəyi bildirilib.
Anar Əliyev