Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FTX Rusiyada miqrantlara qarşı yeni əməliyyata başladı

FTX Rusiyada miqrantlara qarşı yeni əməliyyata başladı


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Özbəkistan təhlükəsizlik qüvvələrinin köməyi ilə Moskvada miqrantları cəlb edən qadağan olunmuş dini qrupa qarşı əməliyyat keçirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, əməliyyat nəticəsində dini qruplaşmanın fəaliyyəti dayandırılıb. Araşdırma zamanı məlum olub ki, radikal dini qruplaşmanın kuratorları Avropada yerləşir.

Fəaliyyətlər nəticəsində radikalların Avropa İttifaqı ərazisində yerləşən TTP-nin ideoloqlarının koordinasiyası ilə əmək miqrantlarını terror təşkilatına cəlb etmələrini göstərən faktlar sənədləşdirilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 1-ci hissəsi (terror təşkilatının fəaliyyətinin təşkili və belə təşkilatın fəaliyyətində iştirak) ilə cinayət işi başlanıb.

Axtarış və istintaq tədbirləri davam etdirilir.

Anar Əliyev
Xəbəri paylaş