Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibədən sonrakı növbəti diplomatik uğurumuz

Müharibədən sonrakı növbəti diplomatik uğurumuz


Azərbaycan regionda yaratdığı reallıqları dünya siyasətinə inteqrasiya edə bildi. Bu gün Amerikada Zəngəzur dəhlizi müzakirəsi həm siyasi, həm də geostrateji dönüş nöqtəsinin yaranmasının əsasını qoydu. Əslində, bu, Azərbaycanın uğurlarının, siyasi və diplomatik idarəetməsinin müdrik şəkildə həyata keçirilməsinin nümunəsidir. Bu dəhliz yalnız Azərbaycandan Azərbaycana keçid anlamını verməməlidir. O, həm də Qafqazda siyasi baxışların dəyişməsinə, yeni nəzərlərin və düşüncələrin formalaşmasına, o cümlədən Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirəcək beynəlxalq nəqliyyat-enerji sisteminin əsas arteriyasına çevrilməsinə xidmət edir.

Bu görüş, həmçinin, Qafqazda riyakar maraqları olan bəzi qüvvələrin təsirini minimuma endirmək və dövlətimizə qarşı siyasi hücumların əbəs olduğunu həmin qüvvələrin anlamağa məcbur olduqlarının göstəricisidir.

Bu layihənin qlobal geopolitik bir layihə kimi beynəlxalq münasibətlər sisteminə transfer edilməsi, cənab Prezident İlham Əliyevin ölkəmiz üçün qazandığı növbəti uğurdur. Bu siyasətin arxasında güclü, qüdrətli və ədalətli bir dövlət kimi yeni dünya nizamına töhfələr vermək, həmçinin sivil toplum üçün stimullaşdırıcı baxışların formalaşmasına gətirib çıxartdı.

Xalqın tam etimadını qazanmış İlham Əliyevə, dövlətimizin nüfuzunu bu cür yüksəklərə qaldırdığı üçün təşəkkür edir və ona uğurlar arzulayırıq. Daim bu birliyi, həmrəyliyi qoruyaraq şanlı tarixlərin yazılması naminə ölkəmizin başçısı, siyasi lideri ətrafında birləşmək, xalqımızla birlikdə gələcək nəsillərə xoşbəxt və firavan yaşamaq şansını qazandırmaq böyük qürurvericidir.

Müharibədən sonrakı növbəti diplomatik uğurumuzu bizə cənab Prezident yaşatdı. Bu, regional inteqrasiya strategiyamızın geosiyasətdə üstünlük qazandığımızı açıq şəkildə göstərir. Region təhlükəsizliyinin daha sivil düşüncələrə sahib tərəflərlə müzakirə edilməsi əslində bütün region ölkələrinin marağında olmalıdır. Bu qarşılıqlı anlaşma və maraqların uzlaşması bizə müxtəlif sahələrdə mühüm dividendlər qazandırdı.

Bir daha təşəkkürlər, cənab Prezident!

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş