Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın iddiası çox böyükdür

ABŞ-ın iddiası çox böyükdür


ABŞ-ın son illərdə apardığı siyasətə diqqət yetirsək, görərik ki ABŞ, dünyada müxtəlif üsullarla nəzarəti əlinə kecirir. Zəngəzur dəhlizi məsələsi, Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesindən çıxarıldığı zaman, anlaşıldı ki, bunun arxasında ABŞ dayanıb və bu, ABŞ-ın dünyaya nəzarət etmək siyasətinə xidmət edir.Bu gün baş verənlər, ABŞ-da Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmalar, ABŞ-ın Cənubi Qafqaza gəlişini təmin etmək üçün, xüsusilə vacib idi və öz əksini tapdı.

Doğrudur, Azərbaycan bu lahiyəyə dəstək verməklə qazanclı çıxır.Azərbaycanın parçası olan Naxçıvan blokadadan birdəfəlik azad olur və İrandan asılılıq aradan qaldırılır.Türkiyə ilə Azərbaycan arasında,quru sərhəddən birbaşa istifadə etmək imkanı verir və sairə.Bunlar öz yerində və bununla bağlı hər kəs yazır. Amma ABŞ-ın Cənubi Qafqaza gəlişi nə vəd edir?, ortada Rusiya və İranın baş verənlər fonunda təpkisi ola bilərmi? Çünki, Rusiya və Ukrayna arasında davam edən müharibənin də tək səbəbi ABŞ-ın Ukrayna sərhədlərinə yaxınlaşması ilə başladı və bu gün Ukrayna torpaqları ABŞ tərəfindən bazarlıq masasında yer almaqdadır.Hazırda dünyada baş verənlərə nəzər salsaq görərik ki,müharibələr, münaqişələr ABŞ-ın dünya üzərində nəzarəti əlinə keçirmək istəyi və planına xidmət edir və bu istiqamətdə yürütdüyü siyasətin önünü açmaq üçün vasitə kimi geniş istifadə olunur.Yaxın Şərqdə baş verənlər və işğalçı İsrailə verilən hərtərəfli dəstək, bu plan üzrə yürüdülən siyasət nəticəsində həyata keçirilir.Qısacası ABŞ-ın iddiası çox böyükdür və heç kəsin bu güc qarşısında ortadakı iddiaya qarşı gəlmə şansı yoxdur.Əks təqdirdə Qəzzanın və fələstinlilərin yaşadıqlarını yaşamaq məcburiyyətində qala bilərlər.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş