Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan Misirə gedir

Hakan Fidan Misirə gedir


Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Nazir Fidanın səfər çərçivəsində Misir prezidenti Sisi tərəfindən qəbul ediləcəyi gözlənilir.

Nazir Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - Ərəb Liqası (AL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək üçün sonuncu dəfə 23 mart 2025-ci ildə Qahirəyə səfər edib.

Nazir Fidanın Misirə səfəri zamanı ikitərəfli məsələlərin və regional hadisələrin mübadiləsinin aparılacağı, iki ölkənin bütün sahələrdə çoxşaxəli əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün konkret addımların müzakirə olunacağı gözlənilir.

Görüşlərdə Qəzzada soyqırımına son qoyulması və humanitar yardımın fasiləsiz çatdırılması üçün birgə səylərin müzakirəsi də nəzərdə tutulur.

Anar Əliyev
Xəbəri paylaş