Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib


Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində hər iki ölkənin maliyyə üzrə hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə müdafiə xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi, pul vəsaitlərinin uçotunun aparılması, eləcə də hərbi əmlakın uçotunun xüsusiyyətləri, pul təminatının və əmək haqqının ödənilməsi qaydalarına dair müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş