Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı fəaliyyətin təbliği müzakirə edilib

Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı fəaliyyətin təbliği müzakirə edilib


Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Özəl Ali məktəblərin korporativ kommunikasiyalar üzrə direktoru Hazal Qayanı və sosial fəaliyyət üzrə direktor müavini Ece Ersini qəbul edib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, görüşdə məktəbdə Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı fəaliyyətin təbliği, məktəb kitabxanasına Azərbaycan haqqında nəşrlərin hədiyyə edilməsi müzakirə edilib. Həmçinin söhbət zamanı ortaq dəyərlərimizin, milli mədəniyyət və ədəbiyyatımızın təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş