
Gəncədə asvalt örtüyü döşəyən iri tonnajlı avtomobil "Opel" markalı avtomobilin üzərinə aşıb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və digərləri aidiyyatı üzrə cəlb olunub.
Məlumat üçün bildirək ki, həmin ərazidə yola asfalt örtüyü çəkilir.
Faktla bağlı araşdırma başlanılıb.