
Siyəzən Rayon İcra Hakimiyyətinin binasında rayon sakini Sübhan Məmmədov fixiki təzyiqə məruz qalıb.
Newscenter.az xəbər verir ki, bu barədə Sübhan Məmmədov özü məlumat verib. Şikayətçi Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova baş vermiş hadisə ilə bağlı müraciət edərək bildirib ki, 04.09.2025-ci il tarixində Siyəzən rayon İcra Hakimiyyətində başçının müavini Aqşin Ağayevin qəbulunda olub. Lakin qəbulun sonu heç də Sübhan Məmmədov üçün yaxşı nəticələnməyib.
"Aqşin müəllim məni dinləyib, köməklik göstərilməsinə dair müəyyən göstərişlər verəcəyini bildirdi. Aqşin müəllimlə danışığı bitirən zaman İcra Hakimiyyətinin sektor müdiri Məmmədov Əhməd mənə kənardan söz atıb, Mən də öz növbəmdə bildirdim ki, onun deyil, Aqşin Ağayevin qəbuluna gəlmişəm. Ona görə də Əhməd Məmmədov hansısa bir söz deyə bilməz".
Şikayət müəllifi deyir ki, bu cavabın qarşılığında İcra Hakimiyyətinin sektor müdiri Əhməd Məmmədov onu təhqir edib, fiziki güc tətbiq edərək otaqdan çıxarıb.
Sübhan Məmmədov rayon icra başçısına ünvanladığı məktubda "Sizə inam və etimadımızı nəzərə alaraq Əhməd Məmmədov barəsində tədbir görməyinizi xahiş edirəm",-deyə vurğulayıb.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Süleyman