
Qazaxıstanın Ədliyyə Nazirliyi “Kredit bürolarının informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyinə dair minimum tələblər haqqında” əsasnaməni dövlət qeydiyyatına alıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yeni sənədə əsasən, reqlament kredit bürolarında xüsusi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik xidmətinin yaradılmasını nəzərdə tutur. Həmçinin qeyd olunur ki, hər bir büro daxili informasiya təhlükəsizliyi siyasətini hazırlamağa və onu Mərkəzi Bankla əlaqələndirməyə borcludur.
Bundan əlavə, Mərkəzi Bank kredit bürolarının fəaliyyətində təhlükəsizlik səviyyəsini qiymətləndirən reytinq informasiya sistemini saxlayır.
Mehman Mehdiyev