Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda kömür hasilatı artıb

Özbəkistanda kömür hasilatı artıb


Bu ilin yanvar-avqust aylarında Özbəkistanın mədənçıxarma müəssisələri tərəfindən 49,8 trilyon manatlıq məhsul istehsal edilib.

Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 2025-ci ilin yanvar-avqust aylarında sənaye istehsalının strukturunda ən böyük pay emal sənayesi müəssisələrinə düşüb. Bu sektorda göstərici 85% faiz olub. Onların istehsalının həcmi 561,2 trilyon sum təşkil edib.

Həmin dövrdə mədənçıxarma və açıq mədənçıxarma müəssisələri tərəfindən istehsal olunmuş məhsulların həcmi 49,8 trilyon sum və ya ümumi sənaye həcminin 7,5 faizini təşkil edib.

Qeyd olunur ki, 2025-ci ilin 8 ayında respublikada 4,7 milyon tona yaxın kömür hasil edilib - bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% çoxdur.

Süleyman
Xəbəri paylaş