
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ukraynalılar Vladimir Putin və Zelenski arasında mümkün görüşün yeri ilə bağlı səthi təkliflər irəli sürürlər.
Newscenter.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Peskov deyib ki, ukraynalılar görüşün yeri ilə bağlı səthi təkliflər irəli sürür, bir çox ölkələrin adını çəkirlər. Onlar ilk növbədə Qazaxıstanın adını çəkməyib, bizim üçün tamamilə əlverişsiz olan ölkələrin adını çəkiblər".
Peskov bildirib ki, Ukrayna tərəfi Rusiyanın münaqişənin həlli üçün işçi qruplarının yaradılması təklifinə cavab verməyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə siyasi aspektləri müzakirə etməyə və istənilən formatda işləməyə hazırdır.
Mehman Mehdiyev