Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan rəhbəri BMT tarixində mütləq hərbi-siyasi qələbənin müəllifi kimi təşkilatın toplantılarına qatılan ilk liderdir

Azərbaycan rəhbəri BMT tarixində mütləq hərbi-siyasi qələbənin müəllifi kimi təşkilatın toplantılarına qatılan ilk liderdir


Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığa təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi üsulu kimi baxır. Rəsmi Bakı hər zaman hesab etməkdədir ki, beynəlxalq təşkilatlar, o cümlədən də 1992-ci ildən üzvü olduğumuz, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında əvəzsiz rol oynayan BMT-yə mümkün təhlükəsizlik problemlərinə tərəfdaşların diqqətini cəlb etmək üçün əlverişli forum kimi baxır.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri yeni geosiyasi reallıqda BMT ilə münasibətlərimizdə yeni mərhələdir. Ən azından ona görə ki, Azərbaycan rəhbəri BMT tarixində mütləq hərbi-siyasi qələbənin müəllifi kimi təşkilatın toplantılarına qatılan ilk liderdir.

Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyev yeni reallıq yaradan lider kimi 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi Baş Assambleyanın 80-ci sessiyasında arzuolunan qonaq qismində iştirak edir.

Düzdür, ötən dövrdə BMT TŞ qətnamələrinin 30 il icrasız qalması özlüyündə arzuolunmaz və etimad mühitini sarsıdan məqam olub. Lakin, Azərbaycanın Vətən müharibəsi və antiterror əməliyyatlarında mütləq hərbi-siyasi zəfəri bu gedişatı dəyişdi və cənab İlham Əliyev zəfərimizlə əslində BMT-nin özünü utancdan xilas etmiş oldu. Bu mənada sessiya çərçivəsində gündəlikdə duran məsələlərə dair, o cümlədən davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələrdə şəxsən cənab İlham Əliyevin danışmağa haqqı və deməyə sözü var.

Sessiyadan öncə qarşı tərəflərin müraciətləri ilə iri şirkətlərin nümayəndələrinin və 10-a yaxın dövlət başçıları ilə görüşlər, habelə cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ABŞ prezidenti cənab Donald Trampın xüsusi diqqətində ifadə olunan münasibət deyilənlərin əyani sübutudur.

İbrahim Zahidli, Geneva EU Business School məzunu
Xəbəri paylaş