Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.


27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ağacəkmə aksiyası keçirib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və təbiətin qorunması məqsədi daşıyan aksiyada Nazirliyin əməkdaşları dekorativ ağaclar əkiblər. Əkin işləri ilə yanaşı, mövcud yaşıllıq sahələrində abadlaşdırma və təmizlik tədbirləri də həyata keçirilib.

Aksiyanın davamı olaraq Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub və məzarlar üzərinə gül dəstələri qoyulub.

Süleyman
Xəbəri paylaş