Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 1-7 oktyabr tarixlərində Bakı Sərgi Mərkəzində baş tutacaq 11-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (Baku International Book Fair 2025) Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edəcək.

Newscenter.az Mərkəzə istinadən bildirir ki, Mərkəzin layihəsi çərçivəsində nəşr olunan kitabların sərgi və təbliği keçiriləcək.

Qeyd edək ki, “Texno-insan: Dünənin əfsanəsi, bu günün tədbiri” mövzusunda keçiriləcək builki sərgidə iştirak etmək üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən çox yerli nəşriyyat və kitab sənəti ilə bağlı müəssisə qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanın xalq yazıçı və şairləri, tanınmış gənc yazıçı və dünya şöhrətli xarici yazıçılar iştirak edəcəklər. Sərgidə uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər cari məsələlərə dair kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, oxu və musiqi saatları da təşkil ediləcək.

Ümumilikdə. sərgi zamanı müxtəlif formatlarda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərgidə Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin aparıcı müəllif və alimləri təmsil olunacaq.

Sərgiyə giriş pulsuzdur.

Süleyman
Xəbəri paylaş