Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov Naxçıvanda vətəndaşları qəbul edəcək

Pərviz Şahbazov Naxçıvanda vətəndaşları qəbul edəcək



Oktyabrın 10-da, saat 11:00-da energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbul "Naxçıvan Enerji" MMC-nin inzibati binasında (Naxçıvan şəhəri, Zərifə Əliyeva küçəsi 1/12) olacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də müraciət etmək mümkündür.

Süleyman
Xəbəri paylaş