Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran yeni sanksiyalarla üz-üzə

İran yeni sanksiyalarla üz-üzə


"İranın nüvə proqramını davam etdirməsində israrlı olması və 12 günlük müharibədə məğlubiyyətə baxmayaraq öz şərtlərindən geri çəkilmədiyi görünür. Artıq, Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya, Fransa) ardınca İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar verib. Həmçinin BMT İrana qarşı sanksiyaları dəstəkləyir".

Newscenter.az xəəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İranın mühafizəkar kəsimi Qərblə danışıqlarda maraqlı olmadıqlarını göstərdilər və prezident M. Pezeşkianın açılım siyasətinin qarşısını aldılar:

"Ele bir vəziyyət yaratdılar ki, prezident BMT kürsüsündən mühafizəkarların yazdığı mətni oxumalı oldu".

Politoloq deyib ki, İrana sanksiyaların tətbiqi ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq:

"Bu sanksiyalar əvvəlki sistemdən fərqlidir. Çünki, İran əvvəlki sanksiyalardan yayına bilirdi. Kölgə ticarətini inkişaf etdirmişdir. Hazırda Qərb kölgə iqtisadiyyatını hədəfə almaqla İranın "nəfəsliklərini" tutacaq. Tətbiq olunmuş sanksiyalar rəsmilərlə birgə İranın əsas iqtisadi sahələrini əhatə edir. Bu sanksiyalara rəğmən İran mühafizəkar sistemi geri addım atmayacaq. Prezident M. Pezeşkian üçün mənfi bir proses başlayır".

Politoloq hesab edir ki, İrana tətbiq olunan sanksiyalar Azərbaycan-İran iqtisadi və nəqliyyat əlaqələrinə də təsir edə bilər:

"İranın "Araz" dəhlizini Orta dəhlizin əsas seqmentinə çevirmək planı uğursuz olacaq.

İranda xalqın ayağa qalxması isə, gözlənilmir. Çünki, 12 günlük müharibəni mühafizəkar sistem öz lehinə çevirə bildi".

Anar Əliyev
Xəbəri paylaş