Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələ Zirvə Görüşü TDT-nin qarşısında yeni vəzifələr qoyacaq

Qəbələ Zirvə Görüşü TDT-nin qarşısında yeni vəzifələr qoyacaq


"Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşünün keçirilməsi olduqca əhəmiyyətlidir. Bu əhəmiyyəti həm Azərbaycan, həm də təşkilatın özü üçün deyə bilərik. Azərbaycan üçün ona görə əhəmiyyətlidir bu Zirvə Görüşü vasitəsilə ölkəmiz həm postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə görülən işləri iştirakçıa dövlətlərə çatdıra biləcək, həm də ölkəmizin turizm potensialını təqdim etmiş olacaq. Nəzərə alsaq ki. Qəbələ Azərbaycanın turizm zonalarından biridir, o zaman Zirvə Görüşünün ölkə turizminin təqdimatı baxımından nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri. politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, Qəbələ Zirvə Görüşü həm də TDT-nin qarşısında yeni vəzifələr qoyacaq:

"Bu vəzifələr isə təşkilatın işini müasir dövrün tələblərinə. yeni çağırışlara uyğun qurmaqdır. Xüsusilə. süni intelekt, alternativ və yaşıl enerji mənbələri sahəsində birgə əməkdaşlıq, eləcə də yeni nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məsələləri bu sıraya daxildir. Bu sırada Zəngəzur dəhlizini də xüsusi qeyd etmək lazımdır. Sözügedən dəhlizin tezliklə işlək vəziyyətə düşməsi TDT ölkələri üçün də olduqca əhəmiyyətlidir ki, bu mənada təşkilat qarşısında duran yeni vəzifələr sırasında Zəngəzur dəhlizi məsələsində əməkdaşlığın inkişaf etdirilməsi də yer ala bilər".

Arzuman Muradlı onu da deyib ki, belə görüşlər, toplantılar Türk dövlətləri arasında birliyi, həmrəyliyi, inteqrasiya proseslərini daha da sürətləndirir.

Süleyman
Xəbəri paylaş