Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan TDT Katibliyinin hesabına əlavə 2 milyon dollar köçürüb

Azərbaycan TDT Katibliyinin hesabına əlavə 2 milyon dollar köçürüb


Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.

O qeyd edib ki, Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə Təşkilatın Katibliyinin funksionallığının gücləndirilməsi, onun kadr potensialının artırılmasına tərəfdardır və bu çərçivədə konkret təkliflərlə çıxış edib:

"Təşkilatımızın işinə töhfə vermək və eləcə də Katibliyin büdcəsinin artırılması məsələsində əlavə stimul yaratmaq məqsədilə Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb".

Mehman Mehdiyev
Xəbəri paylaş