
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən XII Zirvə toplantısında Nizami Gəncəvi və Əlişir Nəvai ilə bağlı beynəlxalq konfransların keçirilməsini təklif edib.
Newscenter.az Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Mirziyoyev sözügedən konfransın 2026-cı ildə keçirilməsini məqsədəuyğun sayıb.
"2026-cı ildə “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı - türk dünyasının mənəvi həyatında” mövzusunda beynəlxalq konfransın keçirilməsi məqsədəuyğun olardı",-deyə Özbəkistan prezidenti bildirib.
Mirziyoyev həmçinin türk dünyasının birliyinin möhkəmləndirilməsi, dünya siyasətində, iqtisadiyyatında və humanitar məsələlərdə rolunun artırılmasına yönəlmiş bir sıra mühüm təşəbbüslər irəli sürüb.
Süleyman