Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib


Ədliyyə Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən İmişli, Lənkəran və Şəki regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.

Bu barədə Newscenter.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, qideoqəbulda İcra xidmətinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların müraciətləri dinlənilib, onlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Süleyman
Xəbəri paylaş