
Xəzər dənizində suyun səviyyəsinin azalması bölgənin ekologiya və iqtisadiyyatına mənfi təsir göstərir.
Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, suvarma sistemlərinin rəqəmsal olaraq izlənməsi, su ehtiyatlarının təhlükəsizliyinin artırılması vacibdir:
"Bu istiqamətdə ortaq proqram yarada bilərik. Xəzər dənizi getdikcə kiçilir və bu, böyük narahatlıq doğurur. Xəzər türk xalqları üçün həmişə xüsusi yerə sahib olub. Dənizin səviyyəsindəki azalma bölgənin ekologiyası və iqtisadiyyatına mənfi təsir göstərir".
Mehman Mehdiyev