
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar saat oktyabrın 13-də14:00-dan etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.
Mehman Mehdiyev