Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Sülh Sammitinə dəvət olunması İlham Əliyevin beynəlxalq arenada günü-gündən artan nüfuzunun göstəricisidir

Prezidentin Sülh Sammitinə dəvət olunması İlham Əliyevin beynəlxalq arenada günü-gündən artan nüfuzunun göstəricisidir


"Misirin Şarm-əl-Şeyx şəhərində Qəzza zolağında əldə olunmuş atəşkəs razılaşmasına həsr olunmuş Sülh Samitti keçirlir. Samittdə 20 dövlətin rəhbəri iştirak edəcək. Dəvət olunan dövlət rəhbərləri arasında Prezident İlham Əliyevin də yer alması dövlət başçımızın beynəlxalq arenada günü-gündən artan nüfuzunun göstəricisidir. Çünki, Prezident İlham Əliyev dünya tarixinin son 80 ilində öz ərazilərini işğaldan azad edərək ədalətli sülhə nail olunan yeganə liderdir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov səsləndirib. O deyib ki, dövlət başçımızın sülh təşəbbüsləri Cənubi Qafqaza təhlükəsilzik və əməkdaşlıq gətirməklə yanaşı, həm də böyük bir coğrafiya arasında əməkdaşlıq imkanlarını ərsəyə gətirmişdir:

"Təbii ki, Prezident İlham Əliyevin sülh gündəliyinin uğurları ABŞ kimi dünyanın böyük bir dövlətinin başçısı tərəfindən də yüksək dəyərləndirilir. Məhz Yaxın Şərq Sülh Sammitinə dövlət başçımızın Donald Tramp tərəfindən dəvət olunması həm də Azərbaycanın qlobal oyunçuya çevrildiyinin göstəricisidr. Dövlət başçımızın qlobal sülh və təhlükəsizlik məsələlərində böyük təcrübəsi var. Bu baxımdan prezidentin Sülh Sammitində iştirak etməsi qlobal sülhə nail olan bir dövlət başçısı kimi Yaxın Şərqdə Sülh Samittinin gündəliyinə də töhfə verəcəkdir".

Süleyman
Xəbəri paylaş