Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna baxış keçirəcək

Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna baxış keçirəcək


Azərbaycan-İran-Rusiya üçtərəfli görüşün nümayəndə heyətləri sabah Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçirəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən üçtərəfli görüşdə çıxışı zamanı məlumat verib.

Qeyd edək ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq rəhbərlik edir.

Mehman Mehdiyev
Xəbəri paylaş