Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda qətl törədilib, 16 yaşlı oğlan saxlanılıb

Bakıda qətl törədilib, 16 yaşlı oğlan saxlanılıb


Bakıda qətl törədilib.

Newscenter.az "Report"a istinadən xəbər verir ki, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-da yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada ölüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni onun evinin qarşısında törətməkdə şübhəli bilinən qəsəbə sakini - 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.

Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
Xəbəri paylaş