
Ukraynadakı münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləmək mənim üçün prioritetdir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassisin deyib.
O, Kiyevə səfərindən sonra bildirib ki, prioritetimiz müharibənin danışıqlar yolu ilə başa çatmasına yönəlmiş davam edən diplomatik səyləri dəstəkləməkdir. Nazir qeyd edib ki, ATƏT şərait imkan verən kimi atəşkəsin monitorinqinə və sülh sazişinin həyata keçirilməsinə dəstək verməyə hazır olmalıdır.
Məlumata görə, Kassis və ATƏT-in baş katibi Feridun Sinirlioğlu 6 fevral 2026-cı ildə keçiriləcək görüşlərdə iştirak etmək üçün Moskvaya səfər edəcəklər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 6 fevralda Moskvada ATƏT-in fəaliyyətdə olan sədri kimi gələcək Kassislə danışıqlar aparacağını açıqlamışdı. Onun sözlərinə görə, danışıqların gündəliyinə ATƏT-dəki mövcud dərin böhranın aradan qaldırılması yollarının tapılması daxildir.
Anar









































