Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanı kimlər sevmir və niyə?

Ərdoğanı kimlər sevmir və niyə?


Türkiyədə 14 mayda keçiriləcək seçki sıradan seçki deyil. Türk dünyasının taleyi həll olunur.

Ərdoğan iqtidarı çox güc mərkəzlərinin çox məkrli planlarını pozub. Həmin mərkəzlərə zəif, asılı olan, iç savaşda bəlli güclərin Türkiyəyə sırıdığı bölücü terrorçularla savaşda taqətdən salınmış Türkiyə lazım idi.

Böyük Orta Doğu projesində Türkiyə olmamalı idi. Qarabağda həmin mərkəzlərin himayə etdiyi erməni separatizmi Azərbaycanı diz çökdürməli idi. Orta Asiya türk dövlətləri Rusiya və Çinin presində boğulmalı idi.

Ərdoğan iqtidarı ağıllı, cəsarətli addımları ilə bu antitürk, antiislam planlarını pozub. Dunyanın əksər qaynar nöqtələrində Türkiyə var, söz sahibidir, iddialıdır. Orta Doğudan, Qafqazdan tutmuş, orta Asiya daxil uzaq Sibirə, Afrikaya, Ərəb Dünyasına nüfuz edən bir Türkiyə inşa edilib.

Mötədil dinçi kəsimlə MHP timsalında milliyətçi kəsimin bir araya gəlməsi Türkiyənin şansıdır. Xırda maraqlar prizmasından yanaşan çevrələr tarixi həqiqəti görməzdən gələ bilərlər. Amma tapılan modelin uzun on illər stratejiyə sahib olduğunu dərin düşünənlər, dövlətçilər və millət sevərlər görə bilərlər.

Hamını bir sual çox düşündürməlidir. Həm Qərb siyasi mərkəzləri, hətta müttəfiq kimi görünən Rusiya , saxta islamçi İran və onun hər yana doldurduğu saxta dinçilər Ərdoğanı niyə sevmirlər və ya niyə onun siyasi səhnədən getməsini istəyirlər və buna çalışırlar?

Çünki Ərdoğan iqtidarı, Ərdoğan- Baxçalı ittifaqı yeni, daha güclü və iddialı Türkiyə və Türk Dünyası inşa etmək istiqamətində qətiyyətli addımlar atırlar və yaxın 5-10 ilə bu prosesin uğurla yekunlaşması həqiqəti var.
Yeni dizayn olunan dünyada güclü və iddialı Türkiyənin var olması üçün gərəkən nə varsa, Türkiyə insan edəcəkdir. İnanırıq.

Zəlimxan Məmmədli-HƏP Ali Məclisinin sədri
Xəbəri paylaş