
"Ermənistan prezidenti Vaaqn Xaçaturyan 42 km Zəngəzur dəhlizinin açılmasını ölkəsinin iqtisadi inkişafı üçün prioritet adlandırıb. Ermənistan prezidenti bu dəhlizi "dünyanın kəsişməsi" adlandırsa da, konkret olaraq " Zəngəzur" dəhlizinin açılmasının vacibliyindən danışıb. Demək olar ki, erməni siyasi rəhbərliyi "Zəngəzur dəhlizinin" açılmasında qərarlıdır. Bununla Qərblə əməkdaşlığı inkişaf etdirəcək".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan iqtisadiyyatının inkişafı və qərblə-şərq arasında nəqliyyat qovşağı kimi çıxış etməklə, Qərbin diqqətini ölkəsinə çəkəcək:
"Baş nazir N. Paşinyandan sonra, prezidentin də dəhlizin açılmasını vurğulaması İranın da Ermənistana mövqeyini dəyişdi. Artıq rəsmi Tehran Zəngəzur dəhlizinin ABŞ şirkətinə icazə veriləcəyi təqdirdə Ermənistanın poliqon olacağını qeyd edib. Bununla da Tehran Ermənistana sərt mövqeyini bildirdi".
Məhəmməd Əsədullazadə deyib ki, İran Zəngəzur dəhlizini regional və iqtisadi maraqlarına təhdid hesab edir:
"İranın dəhlizə qarşı çıxması əvvəllər Yerevanın siyasi maraqlarına cavab verirdirsə, hazırda Ermənistan İranın bu mövqeyini qəbul etmir. Ermənistan rəhbərliyi dəhlizə təhlükəsizlik nəzarətini ABŞ verməyi və "Tramp körpüsü" adlandırılmasında maraqlıdır".
Anar Əliyev