
Qazaxəstanda böyrəyini satan əcnəbi vətəndaş həbs edilib.
Newscenter.az Polisia.kz-a istinadən xəbər verir ki, hadisə Pavlodar vilayətində baş verib.
Belə ki, əməliyyatçılara qonşu ölkə vətəndaşının böyrəyini satması barədə təcili məlumat daxil olub. Bu məqsədlə bir əcnəbi qadın Pavlodara gedib, qiymət və şərtləri müzakirə edib, satışa razılıq verib.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları razılaşdırılmış pulun bir hissəsini alarkən şübhəli şəxsi saxlayıblar. Faktla bağlı cinayət işi açılıb.
Hazırda zəruri istintaq hərəkətləri aparılır.
Anar Əliyev