
"Azərişıq" rəhbərliyi qanun-qayda tanımır. Ümumiyyətlə, əksər kommunal qurumlar ağıllarına gələni edirlər. Qanun-qayda tanımırlar".
Newscenter.az-ın xəbərinə görə, bunları deyən ictimai fəal Rəşad Quliyev bildirib ki, vətəndaşların mülkiyyəti hesab olunan sayğacları istədikləri vaxtı sökür, istədikləri vaxt sayğacları dəyişirlər:
"Qanunvericilik isə vətəndaşın iştirakı olmadan sayğacların sökülmə, quraşdırılmasını qadağan edir. Yaşadığım evin sahibinin iştirakı olmadan sayğacı söküblər və soyuducu işləməyib. Nəticədə yeməklər, ət, bütün ərzaq xarab olub. Məsuliyyəti birbaşa Azəriişıq rəhbərliyi daşıyır. Belə hadisələr çoxlarının başına gəlir. Son qoyun bu qanun saymaz münasibətinizə. Nə qədər özünüzü qanunun üstündə görəcəksiniz?".
Süleyman