Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran Ermənistanı yeni hərbi aventuraya təhrik etmək üçün ciddi səy göstərir

Tehran Ermənistanı yeni hərbi aventuraya təhrik etmək üçün ciddi səy göstərir


"Müşahidələr və yayılan görüntülərə əsasən Ermənistan tərəfi hərbi aktivliyini artıraraq ölkəmizlə sərhədə ağır hərbi texnika cəmləyir. Bu məqam ona işarədir ki, İrəvan rəhbərliyi provokativ addımlar atmaqla süni şəkildə gərginliyi artırmaq arzusundadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, iErmənistan ordusu Azərbaycan ordusu ilə müharibə edəcək potensiala malik deyil:

"İstər maddi texniki bazası, istərsə də insan resursları ölkəmizlə müqayisə olunmayacaq qədər aşağı səviyyədədir. Həmçinin ikinci Qarabağ müharibəsinin bitməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq "Haykakan Banak" ın problemləri bitmək bilmir. Kütləvi istefalar və həpslər ordunun kadr ehtiyatını tükəndirir. Hindistandan alınan silahlar isə güc balansını dəyişəcək üstünlüklərə sahib deyil. Bütün bu reallıqları Paşinyan admistratsiyasıda yaxşı bilir. Lakin ölkəsində Aİ mandatı fəaliyyət göstərir və onların əsl niyyəti bəllidir. İrəvan rəhbərliyi məlum missiyanın gözü önündə Azərbaycanı təxribatlara çəkmək istəyir və bununla da Avropa cəmiyyətində ölkəmiz əlehinə mənfi fikir formalaşdırmaq planları qurur".

AVP rəsmisinin qənaətincə, cənub qonşumuz İran faktorunuda vurğulamaq lazımdır ki, Tehran hakimiyyəti Ermənistanı yeni hərbi aventuraya təhrik etmək üçün ciddi səy göstərir:

"İran Zəngəzur dəhlizinin açılmasını özünün gələcək varlığı üçün təhlükə kimi qiymətləndirir. Çünki böyük iqtisadi əhəmiyyəti olan bu yolun istifadəyə verilməsi ilə Azərbaycan daha sürətli inkişaf edəcək, gəlirləri artacaq və dahada güclənəcək. Həmçinin Zəngəzur koridoru layihəsinin böyük türk coğrafiyasını birləşdirməsi mollaların yuxusuna haram qatır. Çünki yolun sonunda Cənubi Azərbaycanın İrandan ayrılması ehtimalı var. Bu səbəbdən rəsmi Tehran mümkün olan bütün vasitələrdən istifadə etməklə Azərbaycanı zəiflətmək istəyir ki, regionun geopolitik mənzərəsini dəyişəcək projelər reallaşmasın. Lakin fars rejimi bu istiqamətdə də yalnış addımlar atır. Azərbaycan düşməçiliyi səbəbindən Tehran zəif İrəvanla yaxınlaşır, Azərbaycan isə əksinə olaraq ABŞ, Britaniya və İsrail kimi güclü ölkələrlə əməkdaşlığı artırır. Yəni qazanan yenədə rəsmi Bakı olur".

Mehman
Xəbəri paylaş