Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampdan sonra Rusiya - Ukrayna müharibəsi bitəcək?

Trampdan sonra Rusiya - Ukrayna müharibəsi bitəcək?


Heç şübhəsiz ki, Ukrayna müharibəni Rusiyaya uduzub. Ancaq, Rusiyanın hərbi qələbəsini siyasi-diplomatik reallığa çevirməsi mümkün görünmür. Qərb də Ukrayna ilə Rusiya arasında əbədi düşmənçilik yaratmaqla strateji siyas qələbəsini qazanıb.

Hal-hazırda Rusiya əldə etdiyi uğurları saxlamaq üçün müharibəni dayandırmaq və danışıqlara getməyə hazır tərəfdir. Ancaq Qərb müharibədən çıxmağa bir çox səbəblərə görə çətinlik çəkir.

-Əvvəla, Ukrayna özü məğlubiyyəti qəbul etmir və müharibəni davam etdirməkdə israrlıdır baxmayaraq ki, hərbi resursları tükənib.

-Əsas həlledici məqam isə ondadır ki, Rusiyanın işğalının rəsmiləşməsi presedent kimi, dünya üçün yeni təhlükələr vəd edir və dövlətlərin ərazi bütövlüyü, suverenliyinin artıq şərti anlayışa çevrilir.

-Həm də, suveren Ukrayna dövlətinin Qərbin, yaxud NATO-nun istəyi ilə deyil, Rusiyanın istəyi ilə parçalanması Rusiyanı kollektiv Qərb üzərində mütləq qalibə çevirir. Bütünlüklə kollektiv Qərbin, NATO İttifaqının bu nəticə ilə razılaşacağına inam azdır.

Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Rusiya - Ukrayna müharibəsinin dayanacağına ümidlər yaransa da, şərtlər Donald Trampı seçki öncəsi səsləndirdiyi fikirlərdən fərqli addımlar atmaq məcburiyətindədir. Əlbəttəki ki, bu prosesin ancaq görünən tərəfidir. Trampın yenidən prezident seçilməsi də "Deep state" strukturdan kənar deyil. Deməli...

Vüqar Dadaşov
Xəbəri paylaş