Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 Noyabr bəyanatı Dəmir Yumruq əməliyyatının hərbi nəticələrinin siyasi müstəvidə təsdiqidir

10 Noyabr bəyanatı Dəmir Yumruq əməliyyatının hərbi nəticələrinin siyasi müstəvidə təsdiqidir


10 Noyabr bəyanatı Dəmir Yumruq əməliyyatının hərbi nəticələrinin siyasi müstəvidə təsdiqidir. Azərbaycan, Ermənistan və vasitəçi tərəf olan Rusiya arasında imzalanmış üç tərəfli bəyanat rəsmi İrəvanın kapituliyasiya aktı və ən əsası dünya erməniliyi üçün müqəddəs məqsəd hesab edilən cəfəng "Miatsum" ideyalarının süqutu idi. Azərbaycan ordusu 44 günlük müharibə zamanı elə bir güc, peşəkarlıq nümayiş etdirdi ki, Ermənistan baş nazirinin sözügedən müqaviləni imzalamaqdan başqa seçim şansı qalmadı.

10 Noyabr bəyanatı Qarabağ münaqişəsinin sonlandırılmasına və bölgədə Azərbaycan tərəfindən idarə olunan yeni geosiyasi reallıqların formalaşmasına zəmin yaratdı. Ölkəmiz uzun müddətdir formalaşdırdığı siyasi konfiqurasiyada köklü dəyişikliklər etməklə beynəlxalq müstəvidə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyi bacardı.

10 Noyabr bəyanatının siyasi qazanımlarından danışarkən Zəngəzur dəhlizi layihəsini xüsusi qeyd etmək lazımdır.
Zəngəzur layihəsi tək Azərbaycan üçün deyil, lokal, regional və interkontinental müstəvidə qlobal əhəmiyyətli bir proyektir. Çünki işin məntiqində Şərq və Qərbi birləşdirən Orta Dəhliz faktoru dayanır.

Artıq Azərbaycan geopolitik məsələlərdə qalib dövlət mövqeyi sərgiləyir və qələbənin rəsmiləşdirilməsini həyata keçirir. 10 Noyabr bəyanatı birmənalı olaraq cənab Prezident İlham Əliyevin siyasi zəkasının şah əsəridir.


Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Xəbəri paylaş