Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qələbəmiz hərbi, siyasi və iqtisadi aspektdən

Qələbəmiz hərbi, siyasi və iqtisadi aspektdən


"Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladı. Vətən Müharibəsi Silahı Qüvvələrimizin imtahanı kimi qəbul olunmalıdır. Çünki hərbi əməliyyatların məntiqində uzun müddətdir bu günlər üçün çəkilən əziyyət və yüksək hazırlıq prosesi dayanırdı".

Newscenter.az xəbər verir ki, bunu AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi və siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında hərbi balans artıq uzun müddətdir ki, ölkəmizin lehinə dəyişib və fərq kifayət qədər böyükdür:

"Lakin müasir müharibələrin metodikasına bələd olduqda kəmiyyət üstünlüyünün ciddi əhəmiyyət daşımamasının şahidi oluruq. Məhz bu səbəbdən peşəkarlıq və döyüş ruhu ilk şərt kimi qəbul olunur.

Ermənistan hərbi-siyasi rəhbərliyi işğal müddətində təmas xəttində reallığı etiraf edərsək mühəndislik nümünləri yaratmışdılar. Eşolonlaşdırılmış müdafiə xəttləri, minalanmış zonalar və sistematik şəkildə qurulmuş bunkerlər düşmənin əsas dayaq nöktəsi idi. Çünki onlar hesab edirdi ki, Azərbaycan ordusu klassik rus döyüş tərtibi əsasında zəncir xətti açmaqla müdafiəni yarmağa çalışacaq. Lakin onların gözləntiləri boşa çıxdı. Xüsusi təyinatlı qüvvələrimiz sızma əməliyyatları ilə düşmənin müdafiə zolağını keçməyi bacardı və içərilərə irəliləmə şəraiti formalaşdırdı. Nəticədə, erməni ordusu Füzuli istiqamətində mühasirəyə düşdü".

Pərviz Mirizadə deyib ki, döyüşlər müddətində artilleriya və hərbi hava qüvvələrimizin iştirakını xüsusi qeyd etmək lazımdır:

"İlk gündən AN-2 əfsanəvi döyüş planı ilə düşmənin müdafiə sistemlərinin böyük əksəriyyəti məhv edildi və döyüş təyyarələrimiz üçün təhlükəsiz zona yaradıldı. Hava üstünlüyü isə bütün müasir müharibələrdə qələbinin təmini kimi qəbul olunur.
Siyasi qazanımlar: Azərbaycan qələbə nəticəsində Cənubi Qafqaz regionunda siyasi konfiqurasiya dəyişikliyi etdi. 10 Noyabr bəyanatı ilə ilk dəfə fərqli siyasi gedişlərin şahidi olduq. İlk öncə münaqişəni əsas gətirərək ölkəmizə təzyiq göstərən dövlətlər neytrallaşdırıldı və daha sonra əldə olunmuş qələbənin beynəlxalq müstəvidə rəsmiləşdirilməsi reallaşdı. Ən əsası Azərbaycan xarici siyasət strategiyasında hücum diplomatiyasına keçid etdi. Bundan sonra ölkəmiz daha fərqli perspektivlərə yönəldi. İlk olaraq qardaş Türkiyə ilə Şuşa bəyannaməsi imzalandı və Azərbaycan TDT çərçivəsində yeni bir güc mərkəzinin formalaşmasında mühüm rol oynamağa başladı. Artıq sözügedən təşkilat öz nüfuz dairəsini və imkanlarını durmadan artıraraq Qərb və Çin arasında əlaqələndirici güc mərkəzi iddiasına yönəlmişdir.

İqtisadi tərəflər-Zəngəzur dəhlizi

Qarabağ və Şərgi Zəngəzur yeraltı və yer üstü sərvətləri ilə seçilən bölgələrimizdəndir. Düşmən işğal müddətində yeraltı təbii ehtiyatlarımızı istismar etməklə yanaşı bölgənin meşə massivini mebel sənayesi üçün xammal mərkəzi kimi istifadə etmişdi. Bütün bunlar ölkəmizə vurulan maddi zərərin bir hissədir.

Qarabağ zəfəri özü ilə yeni bir iqtisadi termin "Zəngəzur dəhlizi" ifadəsini gətirdi. Sözügedən layihə Qlobal miqyaslı Orta Dəhlizin kompenenti olmaqla regiona yeni imkanlar qazandırır. Buna görə də Zəngəzur layihəsinin lokal, regional və interkontinental müstəvidə bir çox güclərin diqqətini regiona cəmləşdirir. Lakin rəsmi İrəvan məlum qazanımları görməzdən gəlir və yaxud xarici qüvvələrin təsiri ilə özünü böyük imkanlardan məhrum edir. Ancaq biz bilirik ki, Zəngəzur dəhlizi tez bir zamanda reallaşacaq".

Anar Əliyev
Xəbəri paylaş