Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Noyabrın 21-də Bakıda D-8 Media Forumu keçiriləcək

Noyabrın 21-də Bakıda D-8 Media Forumu keçiriləcək


Sabah D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçiriləcək.

Newscenter.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə olunacaq.

Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşopun təşkili planlaşdırılır.

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edəcək.

Süleyman
Xəbəri paylaş