
Rusiyada avtomobil satışları azalır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Avtomobil Dilerləri Assosiasiyası (ROAD) 2025-ci ildə Rusiyada yeni avtomobil satışlarının 10-15% azalacağını proqnozlaşdırır.
"Bazar, təəssüf ki, keçən ilki nəticələrə çatmayacaq. Satış təxminən 10-15% aşağı düşəcək. Bu, çox pisdir", - deyə qurumdan bildirilib. Assosiasiya 2025-ci ildə təxminən 1,45 milyon avtomobilin satılacağını proqnozlaşdırıb.
Rusiya bazarı illik müqayisədə 45% azalaraq mart ayında ən kəskin enişini yaşayıb.
Qurumun proqnozlarına görə, noyabr və dekabr aylarında satışlar müvafiq olaraq 170,000 və 155,000 ədədə düşəcək, ümumi bazar isə 2024-cü ildəki 1,69 milyon ədədlə müqayisədə təxminən 1,45 milyon ədəd olacaq.
Şeyda









































