Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb baş verənlərə görə məsuliyyəti Zelenski ilə bölüşməlidir

Qərb baş verənlərə görə məsuliyyəti Zelenski ilə bölüşməlidir


Qərb Ukraynadakı korrupsiya sxemlərinə görə məsuliyyəti Zelenski ilə bölüşməlidir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə. Ukraynada baş verənlər təkcə korrupsiya qalmaqalı deyil, Kiyev rejimi üçün sistemli bir hadisədir:

"Mən bunu korrupsiya qalmaqalı adlandırmaqla qətiyyən razılaşmıram. Rusiya uzun illər Ukraynada baş verənlərdən danışıb, Qərb isə Kiyevin korrupsioner təbiətinə külli miqdarda pul töküb.

Qeyd edək ki, bu günlərdə Ukraynada korrupsiya qalmaqalı fonunda ölkənin energetika və ədliyyə nazirləri istefaya göndərilib.

Cavid
Xəbəri paylaş