Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Noxudun qidalanma rasionunda əhəmiyyəti

Noxudun qidalanma rasionunda əhəmiyyəti


Vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan sayılan, paxlakimilər fəsiləsinə aid olan noxudun insan sağlamlığı üçün faydaları çoxdur. Çünki bu bitkinin tərkibi ​zülal (vegetarian və veganlar üçün əhəmiyyətli), lif, A, C, K, B qrupu vitaminləri və dəmir, maqnezium, sink, kalium kimi minerallarla çox zəngindir.

Newscenter.az xəbər verir ki, noxudun digər bitkilərdən fərqləndirən üstünlükləri vardır. Bu bitki zülalla zəngin olduğundan, insanın həzm sisteminin nizamlı işləməsini tənzimləyir, bağırsaqları zərərli maddələrdən qoruyur. Tərkibindəki liflərin sayəsində qan təzyiqini, ürək-damar sistemini tənzimləyir.

Noxud diabet xəstələri üçün çox faydalıdır. Kalsium, fosfor, K və C vitaminləri ilə zəngin olan bu bitkinin orqanizmdə sümüklərin və dişlərin möhkəmləndirilməsində, əzələlərin qorunmasında, immun sistemlərinin gücləndirilməsində, hüceyrə və toxumaların bərpa olunmasında faydaları çoxdur. Hətta, yoğun bağırsaq və sinə xərçənginə qarşı müsbət təsir göstərir.

Şeyda Məmmədova
Xəbəri paylaş