Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşanın Rusiya baş konsulluğunu bağlamasına Moskvadan sərt reaksiya

Polşanın Rusiya baş konsulluğunu bağlamasına Moskvadan sərt reaksiya



Polşanın Qdanskdakı Rusiya baş konsulluğunu bağlaması Moskvada ciddi etiraza səbəb olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiyanın Polşaya etirazını Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çatdırıb. Rusiya XİN rəsmisi qeyd edib ki, bu Varşavanın ikitərəfli münasibətlərə zərbə vurmaq cəhdindən başqa bir şey deyil.

"Moskva Varşavanın bu addımını ikitərəfli münasibətlərə xələl gətirmək siyasətinin təzahürü kimi qiymətləndirir",-deyə Zaxarova bildirib.

Qeyd edək ki, son vaxtlar Rusiya pilotsuz hava aparatlarının Polşa hava sərhəddini pozması Moskva ilə Varşava arasında gərginliyə səbəb olub.

Fuad
Xəbəri paylaş