Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin ədliyyə naziri səfir Birol Akgünlə görüşüb

Türkiyənin ədliyyə naziri səfir Birol Akgünlə görüşüb


Türk Dövlətləri Təşkilatının ədliyyə nazirlərinin II toplantısı çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ədliyyə naziri Yılmaz Tunç səfər ərəfəsində qardaş ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib

Newscenter.az səfirliyə istinadən bildirir ki, ziyarət zamanı türkiyəli nazir Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Görüş zamanı səfir Birol Akgun Azərbaycan ilə ikitərəfli münasibətləri barədə nazir Yılmaz Tunça məlumat verib.

Türkiyənin ədliyyə naziri səfirlikdə çalışan digər diplomatlarla da həmsöhbət olub.

Süleyman
Xəbəri paylaş