Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin danışıqlar prosesinin canlandırılması istiqamətində müsbət rolu olacaq

Türkiyənin  danışıqlar prosesinin canlandırılması istiqamətində müsbət rolu olacaq


“Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfərində əsas məqsəd, münaqişə ilə bağlı donmuş danışıqlar prosesini yenidən aktiv hala gətirmək və sülh danışıqları prosesini dirçəltməkdir”.

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Zelenskinin Türkiyə səfərinin əsas mahiyyətlərindən biri də ölkəsinin düşdüyü durumdan bəzi dövlətlərin siyasi məqsədlər üçün istifadə etməsinin qarşısını almaq, yaxud əsirlərin dəyişdirilməsi və digər səbəblərdən dolayı həmkarı Ərdoğanın köməyindən yararlanmaq məqsədi daşıyır:

“Türkiyə vasitəçi dövlət olaraq Rusiya -Ukrayna müharibəsinin bütün dönəmlərində iştirak edib və rəsmi Ankara ilə Kiyev arasında mütəmadi olaraq bu istiqamətdə davamlı əlaqələr, görüşlər keçirilib. Həmçinin Türkiyə Prezidenti Ərdoğanın münaqişənin həlli istiqamətində böyük səyləri olub və bu, davam etməkdədir”.

Ekspert qeyd edib ki, bu da danışıqlar üçün “etibarlı platforma” hesab oluna bilər:

“Bunu təsdiqləyəcək kifayət qədər mənbələr mövcuddur. Bu baxımdan Zelenskinin Türkiyə səfərinin əsas məqsədi, onun dediyi kimi, Ankaranın diplomatik imkanlarına bel bağlamağından qaynaqlanır. Burada, Türkiyənin danışıqlar prosesinin canlandırılması istiqamətində müsbət rolu və əhəmiyyəti olacaq qənaətindəyəm. Amma, nəyinsə həll edilməsinə inanmaq çətindir”

Süleyman
Xəbəri paylaş