Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh regiona stabillik, investisiya, inkişaf gətirmək deməkdir

Sülh regiona stabillik, investisiya, inkişaf gətirmək deməkdir


"Türkiyənin Milliyətçi Hərəkat Partiyasının başçısı Devlət Baxçalı və Türkiyə hakimiyyətin PKK ilə düşmənçiliyə son qoymaq üçün atdığı addımlar eynilə Azərbaycanın Ermənistanla sülh prosesi başlatmasının davamıdır".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Abdullah Öcalanın azadlığa buraxılması məsələsi isə hüquqi prisedur hesab olunmalıdır:

"Təbii ki, A.Öcalanın on illər ərzində Türkiyə xalqına yaratdığı problemlər və hərtərəfli itkilər bağışlanası hal deyil. Türkiyə xalqının bu illər ərzində verdiyi şəhidlər və maddi itkilər unudulması mümkün olmayan hadisədir. Amma Azərbaycan xalqının da otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən başına gətirdiyi bəlalar göz önündə idi.
Azərbaycan da bütün bunları unutmamaq şərtilə Ermənistanla sülh yolunu tutdu. Matəm günlərini, Zəfər günlərini qeyd edə-edə Ermənistanla sülh müqaviləsinin şərtlərini parafladı və sülhün bir addımlığına gəldi. Sülh regiona stabillik, investisiya, inkişaf gətirmək deməkdir. Türkiyə xalqı da PKK ilə bağlanacaq sülhdən qazanacaq. Regionda sülh olacaqsa, bütün Türkiyənin iqtisadi durumu düzələcək. Hər iki sülh Türkiyə və Azərbaycanın dünya liderliyini təmin edəcək".

Partiya rəsmisi qeyd edib ki, türkiyəli qardaşlarımızın A.Öcalanın azadlığa çıxmasına təpkiləri başa düşüləndir:

"Amma keçmişə ilişib qalmaq Ermənistan olmaq deməkdir. Ermənistan olmaq isə yox olmaq, alət olmaq deməkdir. Türk xalqları özlərinin böyüklüyü ilə seçilib. Erməni və kürd xalqları da yenə bizim kölgəmizdə yaşayacaq tarixdə olduğu kimi. Ona görə də PKK ilə sülhə siz həm keçmiş, həm də gələcək üçün tarixi aspektdən yanaşın. Türkiyə böyük olmaq istəyirsə, səxavətli olmalıdır həmişəki kimi".

Süleyman
Xəbəri paylaş