
İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 355 min insanın yaşadığı Ambon şəhərindən 21 km şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.
Cavid İmaməliyev









































