
Azərbaycanın sərhədyanı rayonları üzrə xüsusi proqramların həyata keçirilməsinə ehtiyac var.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkili qeyd edib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, sərhədyanı rayonlarda da uğurla icra edilib:
"Lakin hesab edirəm ki, sərhədyanı rayonlar üçün xüsusi bir proqramın qəbul edilməsinə ehtiyac var. Xüsusilə, kommunal sahədə bu rayonlarda işlərin görülməsi lazımdır. Bu gün Cəlilabad rayonunun İranla sərhəd kəndlərində qazlaşdırma işlərinin aparılması yaxşı olardı. Hesab edirəm ki, bu məsələlərə diqqət ayrılmalıdır".
Süleyman









































