Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanla ədliyyə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxıstanla ədliyyə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib



Azərbaycan ədliyyə naziri Fərid Əhmədov Qazaxıstanın ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb.

Bu barədə Newscenter.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqi sahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib. Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə məhkəmə qərarlarının icrası və xüsusi icra institutunun tətbiqi, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma və süni intellektin tətbiqi, vətəndaş yönümlü rəqəmsal həllərdən istifadə, məhkəmə ekspertizası sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək məqsədilə Qazaxıstandan olan hakimlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədrisi imkanları planlaşdırılıb.

Süleyman
Xəbəri paylaş