
“Bu ilin avqust ayının 8-də ABŞ-da Tramp, Paşinyan və Əliyev arasında üçtərəfli görüş baş tutdu və nəticədə əldə olunan razılaşma ilə bağlı bəyanat imzalandı. Ancaq Ermənistan konstitusiyasında “territorial iddialar” maddəsinin çıxarılması ilə bağlı Azərbaycan tərəfinin konstitusiya dəyişiklikləri tələbi bu ölkə hakimiyyəti üçün əsas problem kimi qalır”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Ermənistan Azərbaycanın sözügedən haqlı tələbinin həyata keçirilməməsi üçün cəhd edir:
“İndi də bu istiqamətdə bəyanatlar və mesajlar verilir. Aydındır ki, Ermənistandakı seçki öncəsi bəyanatları anlamaq mümkündür və Baş nazir Paşinyanın konstitusiya islahatı ilə bağlı artıq bəyanatları var”.
Ekspert hesab edir ki, rəsmi Yerevanın seçkidən sonra bu addımı atması və Azərbaycanın tələblərini reallaşdırması mümkün olacaq.
Süleyman










































