Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada tələbələr arasında kütləvi zəhərlənmə olub

Rusiyada tələbələr arasında kütləvi zəhərlənmə olub


Rusiyada kollec tələbələri arasında kütləvi zəhərlənmə baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Surqutda qeydə alınıb. Məlumata görə, Surqut Politexnik Kollecinin 19 tələbəsi bağırsaq infeksiyasından şikayət edərək həkimə müraciət ediblər.

Hazırda tələbələrə tibbi yardım göstərilir. İlkin məlumatlara görə, noyabrın 20-də kəskin bağırsaq infeksiyası şübhəsi ilə 19 nəfər həkimə müraciət edib. Muxtar dairə prokurorluğunun müraciəti əsasında Surqut prokurorluğunda araşdırmalara başlanılıb.

Araşdırmaya epidemiologiya, səhiyyə və təhsil üzrə ekspertlər cəlb edilib. Bir sıra sanitar-epidemioloji tədbirlər təşkil olunub.

Şeyda
Xəbəri paylaş