Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti ilin büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir-DEPUTAT

Növbəti ilin büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir-DEPUTAT


"Büdcə zərfinin əsas xüsusiyyətlərindən biri, ənənəvi olaraq, onun sosial xarakteri ilə bağlıdır. Sosialyönümlü xərclərin 17,1 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin növbəti ildə də prioritetliyini ifadə edir. Eyni zamanda, təhsil, sosial müdafiə və təminat xərcləri üzrə artımlar nəzərdə tutulur. Bu artımlar icmal səhiyyə xərclərini də əhatə edir. Qeyd edilib ki, növbəti ilin büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələrin müzakirəsi ilə əlaqədar keçirilən Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili qeyd edib ki, 2026-cı ilin icmal, o cümlədən dövlət büdcəsində neft gəlirlərinin əvvəlki dövrlə müqayisədə azalacağı, qeyri-neft gəlirlərinin isə artacağı proqnozlaşdırılıb:

"Gələn ilin büdcə zərfi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə hazırlanıb. Dövlət suverenliyinin tam bərpasında, onun iqtisadi əsaslarının möhkəmlənməsində ölkə iqtisadiyyatının, dövlət büdcəsinin müstəsna rolu var. Büdcə layihəsi iqtisadi dayanıqlığın möhkəmləndirilməsi, Qarabağda və digər bölgələrimizdə böyük quruculuq işlərinin uğurla davam etdirilməsi,milli təhlükəsizlik məsələləri, vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi və prioritet sahələrin inkişafının dəstəklənməsi məqsədini daşıyır".

İlham Məmmədov həmçinin Yevlaxlı seçicilərin istəyini nəzərə alaraq, sakinlərin əsas problemi olan Yevlax şəhər ərazisindən dəmir yol xəttləri ilə ayrılan Çənlibel (Şəkitayı, Hava limanı) yaşayış massivi ərazisinə piyadaların təhlükəsiz keçidi məqsədi ilə yeraltı keçidin tikilməsi təklifini irəli sürüb.

]

Süleyman
Xəbəri paylaş