
İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat-qoşun tədbirləri keçirilib.
Nəticədə ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cavid









































